Putin Donbası Ukraynaya geri verəcək — Radzixoski
Konstitusiya dəyişiklikləri sayəsində Rusiya Prezidenti Vladimir Putin Donbasla bağlı güzəştlərə gedə bilər.
Axar.az xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində rusiyalı politoloq Leonid Radzixovski deyib. Onun sözlərinə görə, Putin üçün hazırda vacib olan Qərbin onu Dövlət Şurasının sədri kimi qəbul etməsidir.
O, Putinin bunun üçün Ukrayna konfliktinin həllində uğura nail olması gərəkdiyini bildirib:
“Geosiyasət Putinin oynadığı əsas vacib oyunlardan biridir. Ona lazımdır ki, Qərb onu yeni fiqur qismində — Dövlət Şurasının sədri kimi qəbul etsin. Dünya liderləri ilə münasibət Putinə Donbasdan daha vacibdir. Ona görə də Putin güzəştə getməyə hazırdır”.