Azərbaycana qayıdanlara avtomobil
Avropadan könüllü şəkildə vətənə qayıdan azərbaycanlılar beynəlxalq təşkilatdan həvəsləndirici hədiyyə alıb
2019-cu ildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) Avropaya mühacirət etmiş və könüllü şəkildə geri qayıtmış Azərbaycan vətəndaşlarına maddi dəstək göstərib. Onlardan bəzilərinə, o cümlədən də Niderlanddan qayıdanlara taksi fəaliyyəti göstərə bilmələri üçün avtomobil verilib.
Bu, Beynəlxalq Miqrasiya Təşkilartının həyata keçirdiyi vətənə könüllü qayıdanlara və onların reinteqrasiyasına yardım proqramının bir hissəsidir. Bu proqram repatriantlara geri qayıdandan sonra “ayağa qalxmağa” kömək etməyə istiqamətlənib.
Ümumilikdə 2019-cu ildə 831 nəfər könüllü şəkildə Azərbaycana qayıdıb. Onlar əsasən Almaniya və Niderlanddan gəliblər./JAMnews/