Deputatlığa namizəd Vahid Əhmədov bölgə insanlarıyla izdihamlı görüşlər keçirir
Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin sədri Müşviq Əliyevin verdiyi məlumata görə, 52 saylı Quba seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədovun seçicilərlə görüşləri davam edir.
Müharibə veteranı M. Əliyev bildirdi ki, parlament üzvü kimi Vahid Əhmədov özünü təsdiqləmiş millət vəkillərindəndir və buna görə də xalq arasında, həmçinin keçmiş döyüşçülər arasında olduqca populyar bir şəxsiyyətdir. Ona görə də namizədliyini irəli sürdüyü dairəyə daxil olan yaşayış məntəqələrində seçicilərlə görüşlər və yığıncaqlar əhalinin böyük aktivliyi ilə keçirilir. Qubalılar Vahid Əhmədovun gəlişinə böyük maraq göstərirlər. Seçicilər axın-axın öz namizədləri ilə görüşə gəlirlər.
Bu dəfəki görüşlər Qubanın İsnov, Kələnov və Gədikqışlaq kəndlərində olub.
Həmişə olduğu kimi Vahid Əhmədovun gəlişi bu dəfə də böyük maraqla müşayət olunub. Hər yerdə isti münasibətlə qarşılanan namizəd, öz gələcək planları, deputat kimi Milli Məclisdə gördüyü işlər barədə sakinlərə məlumatlar verib. Seçicilər kəndlərin problemlərinin həlli istiqamətində görülmüş işlərə görə ölkə prezidentinə minnətdarlıqlarını çatdırmağı V.Əhmədovdan xahiş ediblər. Zərqava istiqamətində və ön dörd kəndi birləşdirən asfalt yolun çəkilib istifadəyə verilməsi doğrudanda əhalinin böyük sevincinə səbəb olub. Bir neçə vacib məsələlər müzakirə mövzusu olub.
Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin sədri Müşviq Əliyev dedi: «Hər yerdə Vahid Əhmədovun gəlişinə böyük maraq göstərilir. İşgüzar söhbətlər aparılır. Əhali çıxışlarında Vahid Əhmədovun Milli Məclisdəki fəaliyyətini bəyənir, yeni seçkilərdə ona uğurlar və qələbə arzulayır.»
M. Əliyev, bölgədə yaşsayan veteranları xalqımızın layiqli övladı və vəkili olan Vahid Əhmədova səs verməyə çağırdı:
LAYİQLİ NAMİZƏD VAHİD ƏHMƏDOVA SƏS VERİN!
N. Məmmədli
ELAN: Namizədlə seçicilərin növbəti görüşü 1 fevral 2020-ci ildə saat 11:30-da Quba rayon Mədəniyyət Evinin qarşısında meydanda olacaqdır. Hər kəs dəvətlidir.