Azərbaycan xalqının qeyrətli oğlu Mehdi Mehdiyevə səs verək!
Mehdiyev Mehdi Imdad oğlu, 01 iyun 1965-ci ildə Bərdə rayonunun Alpoud kəndində anadan olmuşdur.
1972-1979-cu illərdə Bakı şəhərində 94 saylı orta rus məktəbində, 1979-1982-ci illərdə Cəmişid Naxçıvanski adına ixtisaslaşdırılmış orta ümumtəhsil məktəbində təhsilimi davam etdirmişdir.
1982-1986-cı illərdə Komenets — Podolski Ali Hərbi Mühəndis komandanlıq məktəbinə təhsil almışdır.
Məktəbi bitirdikdə «leytenant» hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün hava-desant qoşunlarına göndərilmişdir.
1987-1989-cu illərdə Əfqanıstan Demokratik Respublikasında xidmət etmişdir.
1992-ci ildən Azərbaycan Ordusu sıralarında xidmətimi davam etdirmişdir. Hərbi hissənin mühəndis xidməti rəisi, Müdafiə Nazirliyinin Mühəndis qoşunları Idarəsi rəisinin müavini, Heydər Əliyev adına Ali Hərbi məktəbdə Hərbi Mühəndis kafedrasının rəisi vəzifələrində xidmət etmişdir. Ehtiyatda olan polkovnikdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq II qrup Qarabağ müharibəsi əlili olmuşdur.
Peşəkar hərbçi kimi hərbi xidməti dövründə «Qırmızı ulduz» ordeni, «Azərbaycan Bayrağı» ordeni və bir çox medallarla təltif edilmişdir.
Evlidir, iki övladı var.
2001-ci ildən ictimai fəaliyyətlə məşğuldur. Həmin vaxtdan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə rəhbərlik edir.
Özü iki müharibə iştirakçısı, II qrup Qarabağ müharibəsi əlili olduğu və qardaşının Xocalıda şəhid olduğu üçün bu üç təbəqəni təmsil edən təşkilata rəhbərlik etməyə özündə mənəvi haqq tapır və bu qəbildən olan insanların problemlərinin həllinə çalışır.
***
Platforması
YENİLƏŞƏN QANUNVERİCİ ORQANLA ZİRVƏYƏ DOĞRU!
• Azərbaycan Respublikasının Prezidentinin apardığı islahatlar siyasətinə dəstək olmaqla yanaşı Milli Məclisin ictimaiyyətlə əlaqələrin güclənməsi ilə aparıcı qüvvəyə çevirilməsi
• Milli Məclisin ölkənin bütün sahələrində öz intelektual səviyyələri, bilik və bacarıqları ilə seçilən vətandaşları özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması
• Milli Məclisdə hərbi qulluqçuların statusuna dair qanun lahiyələrinin hazırlanmasında yaxından iştirak edərək cəmiyyət və hökümət arasında əlaqələri möhkəmləndirmək
QANUNVERİCİLİK FƏALİYYƏTİ
• Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
• Qanunvericilik fəaliyyətində şəhid ailələrinin, müharibə əlilləri, veteranları və aztəminatlı ailələrin mənəfeyini qoruyan qanun layihələrinin hazırlanmasında aktiv iştirak etmək
• Hərbi xidmətdə və ehtiyyatda olan hərbi qulluqçuların, onların ailə üzvlərinin hüquq və mənafeylərinin müdafiəsi istiqamətində qanunvericilik təşəbbüsü ilə çıxış etmək
• Abşeron-Qobustan rayonlarının sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində aktiv iştirak etmək
DAĞLIQ QARABAĞ
• Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul ediblər. Bizim əsas
məqsədimiz erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağı və ətraf 7 rayonu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz müasir və peşəkar ordumuzun daha da güclü olması üçün əlimizdən gələni etməliyik. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Abşeron-Qobustan rayonlarından vətənimizin keşiyinə yollananlar şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar, Ali dövlət mükafatlarına layiq görülmüşlər. Bu gün respublikamızın bütün rayonlarında olduğu kimi Abşeron-Qobustan rayonlarında da Qarabağ müharibəsi statusuna malik olan insanlar ölkəmizin inkişafında yaxından iştirak edirlər. Hər birimiz siyasi mənsubiyyətindən, dinindən asılı olmayaraq Azərbaycan Respublikasının Ali Baş Komandanının ətrəfında sıx birləşərək Dağlıq Qarabağ məsələsində öz milli birliyimizi göstərərək işğal altında olan torpaqlarımızı azad etməliyik.
SEÇİCİLƏRLƏ İŞ
• Seçicilərin problemləri ilk növbədə hərtərəfli araşdırılaraq sistemli həllinə üstünlük veriləcək. Müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və icrası
• Ayda bir dəfədən gec olmayaraq Abşeron-Qobustan seçiciləri ilə davamlı görüşlərin keçirilməsi
• Abşeron-Qobustan rayonlarının ərazisində daimi qərargahın yaradılması
• Seçicilərə münasibətdə «Güvən, Seç, Tələb et» prinsipinin gözlənilməsi
• Abşeron-Qobustanda Millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi
• Seçicilərlə hökümət arasında səmimi dostluq prinsipini yaratmaq. Onların fikirlərinə önəm vermək, daha mühüm təxirə salınmaz problemi nəzarətdə saxlayaraq kömək etmək.
İDARƏETMƏ
• Vətəndaşların ərizə , şikayətlərinə və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həllinə nail olmaq
• İcra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, ağsaqqal və ziyalıların imkanlarından istifadə edərək insanlara xidmət etmək
• Hər zaman seçicinin rayon üzrə seçilmiş millət vəkilinə əl çatan olmasını təmin etmək.
İQTİSADİYYATIN VƏ AQRAR SEKTORUN İNKİŞAFI
• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması
• Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması
• Regionda yeni iş yerlərinin yaradılması üçün təkliflərlə çıxış etmək
• Sakinlərin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi
• Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə məsələ qaldırılması
• Kənd təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması, aqroservislərin fəaliyyətinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi
• Mövcud vəziyyəti daha çox diqqət tələb edən kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırılması
• Kənd təsərüfatı məhsullarının emalı üçün müasir müəssələrin yaradılması
• Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması
• Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılmasına köməklik etmək
• Regionda olan dəmyə torpaq sahələrində taxıl və arpaçılığın inkişafı üçün məsələləri aqrar iqtisadiyat komitəsində diqqətə çatdırmaq
SOSİAL MƏSƏLƏLƏR VƏ İNFASTRUKTUR
• Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılması ilə əlaqədar qanunvericilik bazasının yaradılması
• Şəhid ailələrinə, müharibə veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi
• Kənd yollarının təmiri və asfalt örtüyü çəkilməsi ilə bağlı məsələ qaldırılması
• Su-kanalizasiya infrastrukturunun regionda qurulmasının surətləndirilməsi ilə bağlı təklifin qaldırılması
• Sənədsiz evlərin qeydə alınaraq sənəd verilməsinin surətləndirilməsi
• Az təminatlı ailələrə hər cür köməkliyin göstərilməsi və onların sosial proqramlarda iştirak etməsində maarifləndirmə işləri aparması
• Uşaqların yetkinlik yaşına çatana qədər dövlət tərəfindən sosial müdafiəsi üçün
qanunların hazırlanması istiqamətində təşəbbüs göstərərək təkliflərin verilməsi
HUMANİTAR SAHƏ
• Regionda təmirə ehtiyacı olan məktəblərin və uşaq bağçalarının yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması
• Kompüter-internet şəbəkəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə reallaşdırılması
• Kəndlərdə xəstəxanaların və tibb məntəqələrinin təmiri və müasir avadanlıqlarla təchiz edilməsi
• Regionda mədəni potensialın tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi
• Regionda olan vətəndaşların könüllülük hərakatına cəlb edərək onların işsizliyinin qarşısını almaqda köməklik edilməsi
GƏNCLƏR SİYASƏTİ
• İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla regionda gənclərin mənzil təminatının yaxşılaşdırılması
• Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması
• İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması
• Gənclərin işlə təmin olunmasına köməklik göstərilməsi
• Əsas üstünlük gənclərin asudə vaxtlarının rayonda mədəni maarif, və peşə yönümlü sahələrə yönəldərək təşkilinə təkan verilməsi
• Regionda olan gənclərin başqa regionlara səfər edərək tariximizin aşılanması sahəsində daim əməli tədbirlərin həyata keçirilməsi
• Hərbi xidmət çağrışçıların çağrılma dövrü və xidmət dövrü vətənpərvərliyinin aşılanması üçün rayon ictimaiyyəti ilə mütəmadi görüşlərin keçirilməsi