Deputatlığa namizəd Xaliq Hüseynovun Seçki Qərargahı açıldı
Yanvarın 12-də 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyi qeydə alınmış Xaliq Hüseynovun seçki kompaniyasında fəaliyyətinin təşkil olunması məqsədilə yaradılmış Seçki Qərargahının açılışı olub.
Xəbər verildiyi kimi tədbirdə Xaliq Hüseynovu dəstəkləyən komanda üzvləri, könüllülər, rayonun və ictimaiyyətin hər kateqoriyadan olan nümayəndələri, müharibə veteranları, müharibə əlilləri, rayonun ziyalıları, sakinlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaliq Hüseynovun səlahiyyətli nümayəndəsi Pərviz Salehov, qərargaha yığışan hər kəsi salamladı və qeyd etdi ki, bu gün hər kəsin deputatlığa namizəd kimi tanıyıb başına toplaşdığı Xaliq Hüseynov ilk öncə onun üçün illərin sınağından keçmiş dəyərli dost, məsləkdaşdır. O, bu günün qərargah üzvləri üçün əlamətdar bir gün olduğunu diqqətə çatdıraraq sözü qərargaha rəhbər təyin olunmuş Yaqub Tağıyevə verdi.
İlk öncə hər kəsi salamlayan Y. Tağıyev deputatlığa namizəd Xaliq Hüseynova uğurlar arzu edərək, qeyd etdi ki, əgər bu gün Xaliq Hüseynova dəstək olanlar həqiqətən onu millət vəkili kimi görmək, namizədin qələbəsini təmin etmək istəyirlərsə, hər biri fəal olmalı, qərargahdan verilən təlimatları vicdanla və vaxtında icra etməlidir. Namizədin devizini şərh edən Y. Tağıyev təbliğatımızın əsas məqsədinin və prinsipinin seçicilərimizə məhz «Sənin inamın+sənin Səsin=Sənin Qələbən» düsturunu izah etməyin vacib olduğunu bildirdi. Belə ki, hər bir seçici bilməlidir ki, namizədimizə olan inamı, namizədimizə verilən səs elə onun öz qələbəsi kimi tarixə yazıla bilər. Y. Tağıyev eyni zamanda seçki qanunvericiliyinə əsasən təbliğat-təşviqat prosesisinin yanvarın 17-dən etibarən aktiv mərhələyə keçid alacağını da qeyd etdi.
Daha sonra söz 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynova verildi. O, öz cıxışına belə başladı:» Əziz dostlar, dəyərli komanda üzvləri!
Bildiyiniz kimi 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə novbədənkənar seçkilər keçiriləcəkdir. Mən də bir gənc, Nizami sakini olaraq deputatlığa namizədliyimi 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən irəli sürmüşəm. Düzünü desəm, məni bu təşəbbüsə ruhlandıran cənab prezidentin gənclərə verdiyi tövsiyələr və gənclər üçün yaradılmış şərait oldu. Seçki prosesinə gəlincə, bu yolda ilk uğur kimi qiymətləndirilə biləcək etapı — imzatoplama prosesini geridə qoyduq. İmzatoplama prosesi zamanı unudulmaz təəssürat yaşadıq. İnsanlar məni səmimi, isti qarşıladı. Və bunun nəticəsi kimi namizədliyim Dairə Seçki Komissiyası tərəfindən qısa zaman ərzində qeydə alındı. Bunun üçün əməyi olan komanda üzvlərimə bir daha təşəkkür edirəm. Bu gün Seçki Qərargahımızın açılışıdır. Qarşıda bizi gərgin iş, əmək sərf edəcəyimiz bir ay gözləyir. Bu ay ərzində bu qərargahda komanda şəklində işləyəcək, aktiv təbliğatımızla məşğul olacaq, insanların seçkiyə cəlb etməyə çalışacağıq. Eyni zamanda insanlarla ünsiyyət qurub onları bizə səs verəcəkləri halda nəyi qazanacaqlarını onlara izah edəcəyik. Məqsədimiz tam şəffaf seçkinin aparılmasını təmin etməkdir. Devizimiz: «Sənin inamın+sənin səsin=sənin qələbən» -dir! Bu o deməkdir ki, biz sakinlərimizi , vətəndaşlarımızı fəaliyyətimizlə, təbliğatımızla inandırıb, daha sonra səsini əldə edib, qazandığımz Qələbənin hər bir seçiciyə aid olduğunu izah edə bilməliyik! İnşallah seçiləcəyim təqdirdə 5 il ərzində qarşımızda duran məsələləri də məhz bu komanda ilə həyata keçirmək niyyətindəyəm. Hər birinizə bol enerji, sağlam düşüncə arzu edirəm və hər birinizə öncədən sərf etdiyiniz əməyə, zamana görə sonsuz minnətdaram! Qərargahımızın fəaliyyəti xeyirli-uğurlu olsun!»
Daha sonra söz, Xaliq Hüseynovun da fəxri üzvü olduğu Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədr müavini, Nizami rayon sakini, müharibə veteranı və əlili, eyni zamanda namizədin vəkili təyin olunmuş Vahid Abdurəhmanova verildi. Vahid müəllim qeyd etdi ki, müharibə veteranlarının rəğbətini qazanıb, təşkilatın fəxri üzvü adını almaq hər adama nəsib olmur. Xaliq doktorun yaşının az olmasına baxmayaraq, məhz bu təbəqəyə olan qayğısı təqdirəlayiqdir. Xalqın sözünü deyən, xalqın səsini çatdıran belə gənc, vətənpərvər kadrlara məhz müharibə veteranlarının hər zaman ehtiyacı vardır. Xaliq doktor eyni zamanda ona görə şanslıdır ki, həm Nərimanov həm də Nizami rayon veteranlarının dəstəyini qazanacaqdır. Ağsaqqal və ictimai xadim kimi arzularını çatdıran Vahid müəllim çıxışına xeyir-dua ilə yekun vurdu.
Tədbirin sonunda qərargaha dəstək üçün toplanmış bir qrup könüllü fəal, namizədə maraqlı surpriz edərək ürək sözlərini dedilər. Fəallardan Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin tələbəsi Sadıxlı Hüseyin çıxışında 2020-ci ilin cənab prezident tərəfindən «Könüllülər İli» elan olunduğunu diqqətə çatdırıb, 9 fevral seçkilərində də könüllülərin aktiv olacağından bəhs etdi. O qərargaha toplaşmış könüllülərin bu seçki marafonunda var qüvvəsi ilə Xaliq Hüseynova dəstək olacaqlarını vurğuladı. Tədbirin sonunda tort kəsildi, xatirə şəkilləri çəkildi.
Qeyd edək ki, Xaliq İsa oğlu Hüseynovun 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. O, 1985-ci il mart ayının 21-də Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 2002-ci ildə Muğanlı kənd orta məktəbini fəqrlənmə attestatı ilə bitirən Xaliq Hüseynov elə həmin il də Azərbaycan Tibb Universitetinin Stomotologiya fakültəsinə daxil olmuşdur. 2007-ci ildə bu fakultədən məzun olub. 2008-ci ildə ABŞ-ın Nyu-York və Mayami Tibb Universitetlərinin stomotologiya kafedralarında İmplantologiya kursunu tam keçib.
2009-cu ildən 2013-cü ilədək Şərur RMX-da stomotoloq kimi fəaliyyət göstərmişdir.
2010-2012-ci illərdə Tel-Aviv Universitetinin və Ranbam Hospitalının stomotologiya kafedrasında ixtisasını artırmışdır. Madriddə professor Pedro Pena Martinezin İmplant cərrahiyyəsi kursunu keçmişdir. Dünyanın bir çox ölkəsində (Ukrayna, İngiltərə, Fransa, Almaniya, Finlandiya, Norveç) implantologiya və ortopediya kurslarında iştirak etmişdir. 1996-cı ildə əsası Turkiyə Cumhuriyyətində qoyulmuş, çox böyük sürətlə inkişaf edən texnologiyanı, estetik diş həkimliyi çevrəsində baş verən dəyişiklikləri dünyanın hər nöqtəsindən olan eyni peşə sahiblərinə-məsləkdaşlara çatdırılması missiyasını daşıyan dünya şöhrətli EDAD-ın (Estetik Diş Həkimliyi Akademik Dərnəyi) üzvü, habelə AzİİB-in (Azərbaycan İmplantoloq İctimai Birliyi) üzvü, AzEDAD-ın sədridir.
2011-ci ildən “Dental Estetik Center” stomotoloji klinikasını təsis etmişdir. Müharibə təbəqəsindən (müharibə veteranı, şəhid ailəsi və müharibə əlillərinə ) olan insanlara layiqincə, təmənnasız göstərdiyi xidmətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin (AVMVİB) Nizami rayon şöbəsinin fəxri üzvü seçilib.
Heç bir partiyanın üzvü deyil. Bitərəfdir.
ƏN LAYİQLİ NAMİZƏD XALİQ HÜSEYNOVA SƏS VERİN!