21.11.2024

Putin Bütöv Azərbaycanın yaranmasından niyə qorxur? — VİDEO

Rusiya Prezidenti Vladimir Putin İranla bağlı çıxışında Azərbaycan Türkləri haqqında da danışıb.

Veteran.az «ASASmedya»ya istinadən xəbər verir ki, Putin, «İrana qarşı hərbi müdaxilənin əleyhinəyik. Orada 20 milyondan çox Azərbaycan Türkü var. Mümkün müdaxilə nəticəsində Rusiya və Azərbaycana miqrant axını olacaq», deyə o şərh edib.

Bu açıqlaması ilə Putin əslində bir daşla iki quş vurmaq istəyib. O, İranın yarısını təşkil edən türklərin sayını iki dəfə azaldaraq dünyadakı türklərə miqrasiya bəhanəsi ilə 40 milyondan çox türkü dəstəkləməmələri barədə xəbərdarlıq etmiş oldu. Ancaq Putin İran daxilində bir çat yarandığını və çox qısa müddətdə bunun böyüyəcəyini bilir. Beləliklə, İran parçalanacaq. Başqa sözlə, 200 ildir əsarət altında saxladığı Azərbaycan öz müstəqilliyinə qovuşacaq. Böyük Orta Şərq Layihəsinə daxil olan bu ərazilərdə Rusiyanın da dəstəklədiyi «Kürdüstan» deyil, buranın əsl sahibi olan türklərin böyük Türk dövləti qurulacaq. Fars rejiminin də etiraf etdiyi kimi, Cənubi Azərbaycan (Güney Azərbaycan) dövləti yenidən qurulacaq. Bölgədə ikinci böyük Türkiyə Cümhuriyyətinin olması, əlbəttə ki, Putin, eyni zamanda Rusiyaya sərf etmir. Türkiyə ilə bacarmayan, özünü dünyanın ağası elan edən dövlətlər belə həssas bir bölgədə bütöv Azərbaycanı görmək istəmirlər. Buna görə də Putinin də bu və buna bənzər açıqlamaları normal qəbul olunsa da, buna aldanmırıq.

1990-cı ilin yanvarın 20-də Bakıya girərək soyqırım edən rus tankları Azərbaycanın şimalındakı insanların azad ruhunu öldürə bilmədi və Putinin və ya başqasının dedikləri Azərbaycanın Güneyində insanların vətən sevgisini məhv edə bilməyəcək. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: