21.11.2024

Orda bir kənd var uzaqda — Üçtəpə kəndi

Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan bir ailədir.


Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Bunun üçünsə insanın ilk növbədə vətənpərvər olması başlıca şərtdir. Əgər insan vətənpərvər olmazsa onu sevə, qoruya bilməz.


Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətənin düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir.
Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır. Hər bir vətəndaşın borcu öz yurdu üçün, el-obası üçün nələrsə etməyə çalışmaqdır.

Haqqında danışacağımız Rza müəllim də Vətənini sevən, xalqına bağlı olan, onun tərəqqisinə, vətəndaşlarının sosial rifahı və səadətini öz xoşbəxtliyi bilən əsil el ağsaqqalıdır.


Məmmədov Rza Camal oğlu 1964-cü ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olub. Orta məktəbi də elə bu kənddə bitirib. Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirsə də, böyüyüb boya-başa çatdığı doğma el-obaya qayıdıb Göygöl rayonunun Üçtəpə kəndində yaşayır.


1999-cu ildən kənd bələdiyyəsinin sədr müavini vəzifəsində işləyib. 2009-cu ildən etibarən Üçtəpə kəndinin bələdiyyə sədridir. İki dəfə bələdiyyə sədri seçilidyinə baxmayaraq kənd əhalisi onu yenidən bələdiyyə sədri seçərək bu şərəfli və məsuliyyətə işə yenidən onu layiq biliblər.


Bu gün hər bir azərbaycanlı dədə-babablarımızdan keçib gələn bu sözləri fəxrlə Rza müəllimin ünvanına söyləyə bilər ki, zirvədə qalmaq oraya çıxmaqdan daha çətindir.

Fəaliyyətində daim seçicilərinin mənafeyi öndə tutan, xeyriyyə və abadlıq işləri ilə tarix yazan Rza müəllimi biz də təbrik edir və uğurlar arzulayırıq.


Nurlan Məmmədli


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: