27.07.2024

Şəhidlər Xiyabanını əyləncə yerinə çeviriblər


Veteran.az xəbər verir ki, sosial şəbəkələrdə bir qrup turistin Bakıda şəhidlər xiyabanında çəkdiyi görüntülər səs-küyə səbəb olub.
Belə ki, turistlər ən müqəddəs məkanımız olan Şəhidlər Xiyabanında əylənərək video çəkiblər. Fəqrli millətdən olan turistlər arasında hindistanlı vətəndaşların olduğu isə açıq-aydın görünür.


Ərazidə post-patrul xidməti həyata keçirən polislər bu məsələ barədə hələ də susmaqdadırlar. Özümüzə qarşı dərəcəsindən çox aqressiv olan polislərimiz bu biyabırçılığa müdaxilə etməmələri araşdırılmalıdır.
Məsələyə sərt reaksiya verən Eurasia Diary saytının yazarı Nicat İsmayılov haqlı olaraq yazır: «Şəhidlər Xiyabanının mühafizəsini təşkil edən qurumlar dərhal məsələylə bağlı açıqlama verməli və işində məsuliyyətsizliyə yol verən əməkdaşlarını cəzalandırmalıdır. Bu öz yerində…


Ancaq çox maraq doğuran bir haldır ki, oranı mühafizə edən polis əməkdaşları əllərində bayraq olan qazilərin yolunu kəsə bilir, şəhid analarını xiyabana buraxmaya bilir, lakin bir qrup turistin şəhidlərimizə etdiyi hörmətsizliyə mane ola bilmir?!


Bu hadisə ölkə ictimaiyyətinin müzakirəsinə çıxarılmalıdır və bundan dərs götürülməlidir. Şəhidlər Xiyabanının mühafizə sistemi dəyişdirilməlidir, gücləndirilməlidir. Xiyabanda ziyarətçilərin ən adi protokol qaydalarına riayət etməsini təmin etmək üçün oraya nəzarətçilər yerləşdirilməlidir. Bu nəzarətçilər Fəxri Qaravul Dəstəsi və ya Mühafizə Polisinin əməkdaşlarından seçilə bilər. Bu günədək bu tədbirlərin görülməməsi utancverici bir haldır.


Qeyd edim ki, sözügedən video haqqında artıq Şəhidlər Xiyabanına nəzarət edən Mühafizə Polisi və Post Patrul Xidməti əməkdaşlarına məlumat verdim. Gənc serjantlardan birindən məsələylə bağlı məlumat aldım. O, Xiyabana daim nəzarət etdiklərini, lakin bu hadisədən xəbərləri olmadığını dedi: “Buna bənzər hallar tez-tez baş verir. Ötən günlərdə iranlı turistlər axşam saatlarında əllərində pivə butulkaları ilə Xiyabanda gəzişirdilər. Onları saxlayaraq ərazidən uzaqlaşdırdıq, hətta tez-tez turistlər burada itini gəzdirmək istəyir, görən kimi onları da ərazidən uzaqlaşdırırıq, bəzilərini bölməyə aparırıq”.


AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Müharibə Veteranları şöbəsinin sədri Abbas Hüseynli məsələyə münasibət bildirərək deyib: «Bu istiqamətdə təkliflər vermişik. Düşmən dəyirmanına su tökənlər qanundakı boşluqlardan məharətlə istifadə edirlər. Ona görə də bu sahədə ciddi əlavələrə ehtiyac var.


Əvvəllər qeyd etdiyim kimi Respublikamız müharibə şəraitində yaşayır. Ona görə də ölkəmizdə müharibə şəraitinə uyğun qanunlar qəbul edilməlidir. Qeyd etdiyim kimi 1994-cü ildə bağlanmış Atəşkəs müqaviləsi o demək deyildir ki, biz öz torpaqlarımızdan imtina edir və işğal olunmuş ərazilərimizi düşməndən azad etmək istəmirik.


Bunu düşünənlər çox yanılırlar. Biz torpaqlarmızı tam şəkildə düşməndən geri qaytaracağıq, özüdə müharibə yolu ilə. Bu düşmənin kim olmasının, Azərbaycan xalqına heç bir dəxli yoxdur.


Bu düşmən içərilərimizdə belə olsa biz onları məhv edəcəyik. Mən istərdim ki, millətimizə düşmən olan, öz içərilərimizdə düşmən təbliğatı aparanlar barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə xüsusi bir maddə əlavə edilsin. Əgər bu dəyişikliklər edilməsə belə yaramazlıqlar çoxalacaq.
Həmin maddə AR CM-də aşağıdakı redəktədə verilməlidir:


Maddə 323.2. Azərbaycan dövləti ilə düşmən olan dövlət və terror təşkilatlarının Respublikamızda dövlət rəmzləri, mahnı və rəqslərini kütləvi çıxışlarda, kütləvi nümayış etdirmək, «qəhrəman» hesab etdikləri və xalqımıza düşmən olan şəxslərinin yubley mərasimlərinin keçirilməsi, habelə məhsullarının istehsalı və satışını təşkil etmə


323.2.1. Azərbaycan dövləti ilə düşmən olan dövlət və terror təşkilatlarının Respublikamızda dövlət rəmzləri olan bayraq, gerb,him, hətta mahnı və rəqslərini yayıb kütləvi çıxışlarda, kütləvi nümayiş etdirmək, «qəhrəman» hesab etdikləri və xalqımıza düşmən olan şəxslərinin yubley mərasimlərinin keçirilməsi, onların istehaslı olan məhsulların Respublikamızda istehsalı və satışını təşkil etmə


3 (üç) min manatdan 5 (beş) min manata qədər cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


323.2.2 Eyni əməllər təkrar törədildikdə


İki ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


P.S. Qorxduğumuz başımıza gəlməkdədir…

https://www.facebook.com/ELCHIN.AQAZADE/videos/3327659830641190/?t=9
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: