21.11.2024

Ərdoğandan İlham Əliyev barədə: Əziz qardaşım…

«Qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətini əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq».

Veteran.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindəki çıxışında bildirib.

“Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin İpək Yolu” adlandırılan TANAP-la ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq” — R.Ərdoğan bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: