21.11.2024

«NƏSİLLƏRİN GÖRÜŞÜ»: Veteranlar əsgərlərə baş çəkdilər

Azərbaycan Respublikası Hərbi Prokrorluğunun təşkilatçılığı ilə cəbhə bölgəsində AVMVİB Goranboy rayon şöbəsi veteranları N saylı hərbi hissədə xidmətdə olan hərbçilərlə görüş keçirilib.

Bu barədə redaksiyaya məlumat verən AVMVİB Goranboy şöbəsinin sədri Elmar Məmmədov bildirdi ki, Azərbaycan Respublikası Hərbi Prokrorluğunun bu örnək addımını veteranlar təqdir edirlər.

Xtırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfərlər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır. Bu nüansı əsas götürən Azərbaycan Respublikası Hərbi Prokrorluğu əməkdaşlarının hərbi hissələrdə görüşlər keçirməsi artıq ənənə halını alıb. Bu görüşün təşkili daim, Baş prokurorun müavini, Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin diqqətindədir. Məhz onun təşəbbüsüylə, Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin üzvü olan müharibə veteranlarının hərbi hissələrdə xidmət keçən əsgər və zabitlərimizlə görüşlərdə iştirakları təmin edilib. Belə görüşlər hərbi kontingentdə böyük ruh yüksəkliyinə səbəb olmasının canlı şahidləriyik.

N saylı hərbi hissənin şəxsi heyətiylə görüşün təşkilatçısı kimi iştirak edən Hərbi prokrorluq əməkdaşı, Ədliyyə kapitanı Tural Hacıyev və hərbi hissə komandanlığı xidmətdə fərqlənmiş əsgərlərə mükafatlar təqdim etdilər.

Rauf Hüseynov

https://www.facebook.com/100040906874283/videos/165803208126574/?t=10
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: