Milli Qəhrəmanın deputat xanımı: “Daha parlament seçkisində iştirak etməyəcəm”
“Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir”.
Veteran.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Beşinçi çağırış Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən olan deputatı Flora Qasımova bildirib. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:
“Daha parlament seçkiləruində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”.
Qeyd edəki ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. O, Azərbaycanın şəhid Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşıdır. /Modern.az/