BMT Baş Assambleyası Rusiyanı «Krımdan qoşunları çıxarmağa» çağırış edən qətnamə qəbul etdi
BMT Baş Assambleyası «Krım və Sevastopolun, habelə Qara və Azov dənizlərinin hissələri hərbiləşdirilməsi» ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul etdi.
Dekabrın 9-da Ukraynanın BMT yanında Daimi Nümayəndəliyi səhifəsindəki açıqlamaya görə, səsvermə zamanı sənədin 63 ölkə tərəfindən dəstəkləndiyi, 19-unun əleyhinə olduğu bildirilib.
Qətnamə Rusiyanı «Krım yarımadasından qoşunları çıxarmağa və Ukraynanın işğalına son qoymağa», həmçinin Ukraynanın «Berdyansk», «Nikopol» və «Yana Kapu» gəmilərindən götürülmüş «hərbi texnika və silahları» geri qaytarmağa çağırır.
Bu məlumatı yayan Regnum daha sonra yazır: «Eyni zamanda, qətnamədə Rusiyanın Ukrayna Dəniz Qüvvələrinin Kerç boğazındakı təxribatı nəticəsində tutulan adı çəkilən gəmilərdən 24 ukraynalı dənizçinin azad etmək qərarı müsbət qiymətləndirilib.
Bundan əlavə, qətnamə Rusiya hərbi təlimlərinin Krımda keçirilməsini pisləyir və yarımadada «nüvə infrastrukturundan sui-istifadə» hallarının olduğunu qeyd edir».