01.06.2025

AVMVİB Zəngilan şöbəsi futbol turniri keçirəcək

Hörmətli dostlar, Əziz Ellilər!

28 Noyabr 2019 cü il tarixdə AVMVİB Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə Zəngilan rayonunun qəhrəman oğlu «Azərbaycan Bayrağı» ordenli şəhid Rüstəmov Adil Əmrah oğlunun xatirəsinə həsr olunmuş Futbol turniri başlayacaqdır.

Turnirdə 8 komanda iştirak edəcək və Final oyunu 10.12.2019 cu ildə Adil qardaşımızın Şəhid olduğu gün keçiriləcək.

Futbol turniri 7- ci mikrorayonda «VƏTƏN» İdman klubunun meydançasında keçiriləcəkdir.

Hamınız açılış mərasiminə dəvət edirik.

Tədbirin saatı bildiriləcəkdir.

Hörmətlə:
Azad Musayev
AVMVİB Zəngilan şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: