97 yaşlı Böyük Vətən Müharibəsi veteranı “İnstagram”da bloq açdı
Rusiyanın Yekaterinburq şəhər sakini Aleftina Qruzdkova 97 yaşında “İnstagram”da hesab açaraq, bloger olub.
Böyük Vətən Müharibəsi veteranı olan qadının nəvəsi Konstantin Perminov bu barədə mətbuata danışıb. Onun sözlərinə görə, iyun ayında qadını özlərini qaz idarəsinin əməkdaşları kimi təqdim edən fırıldaqçılar soyublar. Nənəsini pis fikirlərdən uzaqlaşdırmaq üçün Konstantin ona balaca planşet alıb, “İnstagram”ı yükləyib ki, təqaüdçü vaxtını nəvələrinin şəkillərini izləməklə keçirsin.
Əvvəlcə Aleftina nəvəsinin səhifəsində görünməyə başlayıb. Daha sonra isə öz auditoriyasını topladığını hiss edərək səhifəsini açıb.
Veteran-blogerin səhifəsində tez-tez onun şeirlər oxuduğu videolar yayımlanır. Blogerin izləyiciləri tez-tez onun evinin qonağı da olurlar./Oxu.az/