AVMVİB-in Ağdam rayon şöbəsi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdam rayon şöbəsinin sədri və üzvləri tərəfindən Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi tarixi xidmətlərdən bəhs edərək onun siyasi irsinin bu gün də uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu Azərbaycan xalqının milli birliyinin və ölkəmizin inkişafının əsas dayaqlarından biridir.
AVMVİB-in Mətbuat xidməti