AVMVİB-in “Dəmir Yolları” şöbəsi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Azərbaycan Dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) “Dəmir Yolları” şöbəsinin üzvləri tərəfindən Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin inkişafı və milli birliyin təmin olunması istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndərin siyasi irsi Azərbaycan xalqı üçün daim örnək olaraq qalır.
AVMVİB-in Mətbuat xidməti