06.05.2026

AVMVİB Yardımlı rayon şöbəsi tərəfindən ehtiyacı olan ailələrə yardım aksiyası davam edir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən xeyriyyə aksiyaları davam etdirilir. İctimaiyyət nümayəndələrinin dəstəyi ilə həyata keçirilən növbəti yardım çərçivəsində ehtiyacı olan ailələrə ərzaq məhsulları paylanılıb.

Məlumata görə, xeyirxah bir vətəndaş tərəfindən göndərilən 1 ton kartof və 1 ton soğan imkansız ailələrə çatdırılıb. Daha sonra həmin şəxs tərəfindən əlavə olaraq 1 ton kartof da göndərilib və hazırda paylanma prosesi davam etdirilir. Yardım aksiyası zamanı şəhid ataları Vaqif müəllim və Ədalət müəllim iştirak edərək görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, əvvəlki mərhələdə 72 nəfər ehtiyacı olan şəxsə yardım göstərilib, cari ayın 4-nə olan məlumata əsasən isə artıq 35 nəfərə ərzaq yardımı təqdim olunub. AVMVİB Yardımlı rayon şöbəsi və “Fədailər” qrupu bu kimi xeyriyyə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirir.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: