Birinci Vitse-Prezident daha bir şəhid ailəsinə ikinci həyat bəxş etdi — MİNNƏTDARLIQ (VİDEO)

Xəbər verdiyimiz kimi saytımızın 07.11.2019 tarixində ““Xalqbank” şəhid ailəsinin mənzilini əlindən alıb” başlıqlı yazıdan sonra, (həmin yazını bu linkdən oxuya bilərsiniz (https://www.moderator.az/news/296557.html) şəhid ailəsinin problemi Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həll edilib və ev şəhid ailəsinə qaytarılıb.
Mingəçevir şəhər sakini, Qarabağ döyüşlərində şəhid olan Şaban Cəfərovun qızı Nərminə Cəfərova Moderator.az-a açıqlamasında onlara göstərilən köməyə görə hər kəsə təşəkkür edib:
“Sizlərə çox minnətdaram. Dünən Bakıya gəldim, sənədləşmə işləri aparıldı və bu gün problem bank tərəfindən həll olundu. İndi bankdayam və bütün sənəd işləri həll edildi və təmizlik kağızını isə üç gün sonra götürəcəm. Bu məsələ Mehriban xanım Əliyevanın göstərişi ilə həll edildi. Jurnalist Səxavət Məmməd Moderator.az-la əlaqə saxlayaraq bizim əlaqə telefonlarımızı alıb və bu haqda Mehriban xanım məlumatlandırıldıqdan sonra dərhal problemin həlli ilə bağlı göstəriş verib”.
N.Cəfərova anasının ikinci dəfə Mehriban xanım Əliyevanın köməkliyi ilə əməliyyat olunduğunu bildirib:
“Atam Qarabağ döyüşlərində şəhid olub. Onda mən bir yaş səkkiz aylıq uşaq olmuşam və biz qardaşımla birlikdə anamın himayəsində böyümüşük. Anam xəstədir, onu bir müddət öncə Mehriban xanım Əliyeva əməliyyat etdirib. İlk əməliyyatı 2014-cü ildə özüm “XalqBank”dan pul götürüb elətdirmişdim. Ondan sonra vəziyyəti daha da pisləşdi və bu il sentyabrın 10-da Mehriban xanımın köməkliyilə ikinci dəfə əməliyyat olundu”.