18.11.2025

Ağayev Vahid Məcnun oğlunun Anım Günü Maştağada keçirildi

Maştağa qəsəbəsində Vətən uğrunda canından keçmiş qəhrəmanımız Ağayev Vahid Məcnun oğlunun Anım Günü keçirilmişdir. Tədbirdə kənd ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri və şəhid ailələri geniş tərkibdə iştirak ediblər.

Anım mərasimində kənd sovetinin sədri və müavinləri, bələdiyyə sədri və müavinləri, həmçinin AVMVİB Maştağa özəyinin sədri və müavinləri, məktəb direktorları və müəllim kollektivi, qazilər, veteranlar, şəhid ailələri və kənd sakinləri bir araya gəliblər.

İlk olaraq şəhidimizin məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuş, məzarına gül-çiçək dəstələri düzülmüşdür. Çıxış edənlər qeyd ediblər ki, Vahid Məcnun oğlu kimi qəhrəmanlarımızın hünəri xalqımızın yaddaşında əbədi yaşayır və onların göstərdiyi fədakarlıq bu gün müstəqil Azərbaycanın gücünün və möhkəm dayaqlarının təməlini təşkil edir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-11-17-at-20-33-30

Whats-App-Image-2025-11-17-at-20-33-30-(1)

Whats-App-Image-2025-11-17-at-20-33-31

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: