Məktəbdə Dövlət Bayrağı Günü belə qeyd olundu
Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbdə 9 noyabr — Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən, məktəbin direktor Həqiqət Məmişova qeyd edib ki, Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayraq milli kimliyimizin simvoludur. O,Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının — Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışmışdır. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğunu tədbir iştirakçılarının diqqətə çatdırmışdır.
Həqiqət Məmişova ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışdır.
Tədbirdə çıxış edən təlim tərbiyə işləri üzrə direktor müavini Bəxtiyar Zamanov Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə edib.
Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyini, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağını bildirilib.
Tədbir ədəbi-bədii hissə ilə davam edib. şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər.Sonda isə məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.
Fərid Səlimov