18.10.2025

Şəhid polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlunun anım mərasimi keçirildi

Bu gün II fəxri xiyabanda ağır artilleriya briqadasının qərargah rəisi şəhid polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlunun anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu rayon İcra nüməyəndəliyindən Fəqan məllim, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin Maştağa özəyi sədri Mustafa məllim də iştirak etdilər. Mustafa məllim AVMİB sədri Fizuli Rzaquliyev adından şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı verdi.
Zaur Cəfərovla bir yerdə oxuyan, onunla birgə xidmət edən, döyüşən xidmətdə və ehtiyatda olan polkovnik, polkovnik-leytenant, mayor zabit yoldaşları Səxavət, Niyaməddin, Xanlar, Sahil, Əlizamin, Marif, Azər, Sübhan və başqa zabit yoldaşları çıxışlarında qəhrəman haqqında xatirələrini danışdılar.
Şəhidimizin yaxınları, kursant yoldaşları, sinif yoldaşları və hərbiçi yoldaşları onun ömür yolundan, döyüş yolundan və onunla bağlı xatirələrdən danışaraq qeyd etdi ki, belə bir igidin ömür yolu gənclər və yeniyetmələr üçün əsl örnəkdir.
Ailə üzvləri şəhidimizin xatirəsini unutmadıqlarına görə tədbirin təşkilatçılarına  və iştirakçılarına təşəkkürünü bildirdi.

Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.
İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçmüşdür. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş, 2001-ci ildə ali hərbi məktəbi leytenant rütbəsi ilə bitirib.
2020-ci il sentyabrın 27-də Vətən Müharibəsində ağır artilleriya briqadasının qərargah rəisi kimi döyüşlərdə iştirak etmişdir.
Zaur Cəfərovun son döyüşü Ağdərə istiqamətində olmuşdur.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olmuşdur.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-10-10-at-16-07-47

Whats-App-Image-2025-10-10-at-16-07-47-1

Whats-App-Image-2025-10-10-at-16-07-47-2

Whats-App-Image-2025-10-10-at-16-07-48

Whats-App-Image-2025-10-10-at-16-07-48-1

Whats-App-Image-2025-10-10-at-16-07-48-2

Whats-App-Image-2025-10-10-at-16-07-48-3

Whats-App-Image-2025-10-10-at-16-07-48-4

Whats-App-Image-2025-10-10-at-16-07-49

Whats-App-Image-2025-10-10-at-16-07-49-1

Whats-App-Image-2025-10-10-at-16-07-49-3

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: