07.11.2025

Şəhid Əsədov Saleh Səməd oğlunun xatirəsi anılıb

Bu gün Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində doğulmuş Şəhid Əsədov Saleh Səməd oğlunun xatirəsi böyük ehtiramla yad edilib.

Saleh Əsədov 29 fevral 1984-cü ildə Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində dünyaya göz açıb. Vətən müharibəsi zamanı igidlik və fədakarlıq nümunəsi göstərərək, döyüş meydanında canını torpaq uğrunda fəda etmişdir.

Qeyd edək ki, Şəhid Saleh Əsədov və Şəhid Araz Əliyev yaxın dost olmuş, eyni gündə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışlar. Onların dostluğu və birgə döyüş yolu Azərbaycan əsgərinin vətənpərvərliyinin, qardaşlığın və sarsılmaz həmrəyliyin simvoluna çevrilib.

Elçin Qədirov

Whats-App-Image-2025-10-08-at-19-36-06

Whats-App-Image-2025-10-09-at-12-56-13

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: