07.11.2025

Şəhid Tağıyev Anar Zakir oğlunun Anım Günü qeyd olundu

Bu gün nur üzlü şəhidimiz Tağıyev Anar Zakir oğlunun Anım Günü münasibətilə tədbir keçirildi. Tədbirdə AVMVİB sədr müavini Akif Həsənov, Beyləqan rayon şöbəsinin sədri Əlövsəd Məmmədov, həmçinin veteranlar, qazilər və şəhid ailələri iştirak etdilər. AVMVİB sədr müavini Akif Həsənov çıxış edərək, AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin ailəsinə başsağlığı verib və bildirib ki, hər zaman şəhid ailələrinin yanında olacaqlar və onlara mənəvi dəstək göstərmək missiyasını davam etdirəcəklər. Tağıyev Anar Zakir oğlu 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində anadan olub. O, 1 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.

AVMVİB Qarabağ bölgə müxbiri Elçin Qədirov

WhatsApp Image 2025 10 01 at 11.48.50 (2) WhatsApp Image 2025 10 01 at 11.48.50 (1) WhatsApp Image 2025 10 01 at 11.48.50 WhatsApp Image 2025 10 01 at 11.48.49
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: