Azad Musayevin antiterror əməliyyatı xatirələri

2023-cü il, 18 sentyabr. İşdəyəm. Zəng gəldi.
Neyniyirsən?
İşdəyəm.
Təcili gəl.
Baş üstə hara gəlim qərargaha ya başqa yerə?
Sən yola çıx mən yolda deyəcəm.
Başqa kimlər gəlir?
Müşviqlə Rəhim.
Zəng elə onlara bir yerdə gəlin.
Oldu baş üstə.
Müşviqə zəng vururam.
Qardaş harda görüşək?
Hardasan?
Hələ işdəyəm gedib evə veş meşoğumu götürüb gəlirəm.
Hə gözləyirik, biz hazırıq çıxmaq istəyirdik.
Evdən çıxanda zəng elə deyək harda görüşək.
Oldu.
Evə gəlirəm, əynimi dəyişib hərbi formamı geyinib, hazır olan veşmeşokumu çiynimə atıb, evdəkilərlə halallaşıb yola çıxıram.
Müşviqə zəng edirəm mən evdən çıxdım.
Gəl Lökbatan dairəsində səni gözləyirik.
Taksi sifariş edirəm Lökbatan dairəsinə və Müşviqlə Rəhimlə görüşüb yola çıxırıq.
Yolumuz Qarabağadır.
Yolda Müşviqlə Rəhim Əsgərlərimiz üçün bir xeyli bazarlıq etdilər.
Və getdik. Təyinat nöqtəsinə çatdıq.
19 sentyabr 2023
Antiterror əməliyyatı başladı. Bizə tapşırıq: Döyüşə gedən əsgərlərlə Vətənpərvər ruhda söhbətlər aparmaq, əsgərlərimizin döyüş ruhun qaldırmaq.
Əsgərlərimizlə söhbətlər apardıq, apardığımız hədiyyələri paylaya paylaya söhbətlər etdik. Nə gördük? Gənc olmalarına baxmayaraq əsgərlərimizdə olan döyüş ruhu bizi valeh edirdi.
Bizə zəng edən komutan yaxınlaşdı. Necədir vəziyyət?
Komutan Siz bu əsgərləri necə yetişdirmisiniz deyə sual etdik?
Bu əsgərlərin hər biri 44 günlük Vətən müharibəsində Şəhid olan əsgər və zabitlərimizin qisasını almaq ruhu ilə xidmət aparıblar.
Mənzərə çox gözəldir. Əsgərindən, baş zabitinə qədər hər kəsdə döyüş ruhu yüksək vəziyyətdə.
Döyüş başladı.
Biz qərargahda döyüşü izləyirik və döyüşə qatılmaq üçün silahlanmağımızı gözləyirik.
Yeni gəlmisiniz dincəlin sabah silah veriləcək,
Bu gün Şəhidlər və yaralılarla məşğul olun.
Hər şey mükəmməl şəkildə qurulub. Yaralılarımıza ilk tibbi yardım göstərmək üçün Səyyar hospital, Şəhidlərimizin qəbul məntəqəsi. Üızğın döyüş gedir. Şəhidimiz gəlir, yaralımız gəlir qəbul edib yerbəyer edirik.
Gecə düşür səhər açılır yatmamışıq, gələn Şəhid və yaralılarımızı qəbul edirik.
Səhər açılır və gedirik komutanın yanına. Silahımızı alaq biz də döyüşə qatılaq.
Göstəriş verilir silah verilirdi. Silahımızı, baş geyimini, güllə keçirməyən jiletimizi geyinib döyüş bölgəsinə gedəcək texnikanı gözləyirik.
Bu vaxt xəbər gəlir düşmən ağ bayraq qaldırıb təslim oldu, döyüş dayandı. Azərbaycan ordusu 23 saat 44 dəqiqəyə düşmən üzərində tam qələbə çaldı.
O döyüşdə şəhidlərimiz və yaralılarımız oldu.
Allah Şəhidlərimizə rəhmət, yaralılarımaza şəfa versin. Bu da bir tarixdir, dövlət süverenliyimiz tam bərpa olundu.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev




