Lokal xarakterli antiterror əməliyyatından iki il ötür

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük Lokal xarakterli antiterror əməliyyatından iki il ötür.
Azərbaycan Dövlətinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq düşmən xain xislətindən əl çəkmirdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmadı, erməni silahlı dəstələri tərk-silah edilmədi. Revanş arzusunda olan xain düşmən Qarabağa hərbi sursat və silah daşınması davam edirdi, ərazi və yollar minalandı, təxribatları və terror aktları davam edirdi. Bütün bunları nəzərə alaraq sentyabr ayının 19-da lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsi qaçılmaz oldu.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıldı.Cəmi 23 saat 44 dəqiqə davam edən və sentyabrın19 da başlayıb, 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordu birləşmələri tam şəkildə tərksilah edilərək, ərazilərimizi tərk etdi. Qarabağda qeyri-qanuni separat rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan xalqının əyilməz ruhunu bir daha təsdiq etdi, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına misilsiz töhfələr verdi.
Bu əməliyyatlar zamanı Azərbaycan ordusu 205 hərbi qulluqcusunu Şəhid verdi. Allahdan Şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad, Məkanları Cənnət olsun!
Bu əməliyyatda az da olsa payım olduğu üçün nə mutlu mənə.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev




