27.07.2024

AVMVİB-in Sumqayıt şöbəsinin növbəti tədbiri

AVMVİB Sumqayıt şöbəsi sədrinin I müavini Zəkəriyya Rəhimovun verdiyi məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə açıq qapı günündə Corat Mədəniyyət Evi ilə birlikdə «N» saylı hərbi hissədə olublar. Sayta məlumatverən Z. Rəhimov dedi: «AVMVİB Sumqayıt Şəhər şöbəsi adından hərbçilərimizi bayram münasibəti ilə təbrik etdik, əsgərlərimizin moralını qaldırmaq üçün Şaxta baba və qar qızın həmçinin çoxsaylı sənətçilərimizin iştirakı ilə konsert proqramı ilə çıxış edərək əsgərlərimizi əyləndirdik. Tədbirin gedişində xidmətlərindən yana hərbi hissənin rəhbərliyi və təşkilatımız tərəfindən Corat Mədəniyyət evinin sədri Namiq Balamiyevə təşəkkür plaketləri təqdim olundu.
Sonda əsgərlərimizlə birlikdə nahar edib qələbə ümidi ilə hərbi hissədən ayrıldıq».

AVMVİB mətbuat xidməti

Xəbərə aid digər fotolar

AVMVİB SUMQAYIT ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
AVMVİB SUMQAYIT ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: