Yeni Təşkilat Komitəsi yaradıldı — Sərəncam

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
“Veteran.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Samir Şərifov — Baş nazirin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Mikayıl Cabbarov — iqtisadiyyat naziri
Təşkilat Komitəsinin üzvləri:
Ceyhun Bayramov — xarici işlər naziri
Sahil Babayev — maliyyə naziri
Adil Kərimli — mədəniyyət naziri
Kəmaləddin Heydərov — fövqəladə hallar naziri
Vilayət Eyvazov — daxili işlər naziri
Rəşad Nəbiyev — rəqəmsal inkişaf və nəqliyyat naziri
Teymur Musayev — səhiyyə naziri
Şahin Bağırov — Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev — Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov — Dövlət Miqrasiya Xidmətinin rəisi
Fuad Nağıyev — Dövlət Turizm Agentliyinin sədri
Taleh Kazımov — Mərkəzi Bankın sədri
Samir Rzayev — «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Eldar Əzizov — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.