AVMVİB İsmayıllı rayon şöbəsində veteranlarla görüş

2 sentyabr 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsində bir qrup müharibə veteranı ilə görüş təşkil olunub.
Tədbir zamanı veteranların sosial problemlərinin həlli istiqamətində görüləcək tədbirlər, həmçinin ictimai birliyin gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində İctimai Birliyə yeni üzvün qəbulu da rəsmiləşdirilib və ona müvafiq üzvlük vəsiqəsi təqdim olunub.
AVMVİB-in Mətbuat xidməti
