22.11.2024

Türkiyə xilaskarını anır

«Onun əmanəti olan cümhuriyyətimizi əbədi yaşatmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik»

Türkiyədə Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün dünyasını dəyişməsinin 81-ci ildönümü anılır.

İstiPress-in məlumatına görə, Ankarada Qazi Mustafa Kamal Atatürkün dəfn edildiyi Anıtkabirdə dövlət rəsmilərinin iştirakı ilə rəsmi mərasim təşkil edilib. Prezident Rəcəb Tayyib Ərdoğan Anıtkabir Xüsusi Kitabına imza atıb və Atatürkə xitabən yazdığı mesajı oxuyub.

Mustafa Kamal Atatürk

Mustafa Kamal Atatürk

«Qurtuluş Savaşımızın Baş Komandanı, respublikamızın qurucusu, ilk prezidentimiz Qazi Mustafa Kamal Atatürkü axirətə qovuşmasının 81-ci ildönümünü ilə bağlı bir daha rəhmətlə anırıq. Mərhum Atatürk və onun silahdaşları ilə min illər boyu bu torpağı bizim üçün vətənə çevirmək uğrunda mübarizə aparan şəhidlərimizin və qazilərimizin xatirələri daim millətimizin qəlbində yaşayacaq. Onun əmanəti olan cümhuriyyətimizi əbədi yaşatmaq, inkişaf etdirmək, gücləndirmək üçün var gücümüzlə çalışmağa davam edəcəyik. Ruhu şad olsun»,- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: