22.11.2024

Ölkənin ilk döyüşçü jurnalistinin ad günüdür

Onu tanıyanlar daha yaxşı bilir — qələmi də sözü və döyüşdüyü Qarabağ qışının sərt iqlimi kimi kəskindir. Hər dəfə bu ər insanı görəndə M.S.Ordubadinin “Qılınc və Qələm”ini xatırlayıram. Lakin orada Azərbycan üçün iki nəfər fədakar obrazdan söhbət gedirsə, tanıdığım bu insanda həmin xüsusiyyətlər vəhdətdədir. Məhz buna o hər zaman gözümdə Azərbaycan uğrunda qılınc və qələmini işlədən fədakar cəngavər obrazı ilə assosasiya olunmuşdur.

Bu insan Xaqani Ədəboğldur…

Humanist bir insan kimi Xaqani müəllimin əlində əvvəl qələm vardı. Lakin Azərbaycanın bağrına basılan xəncər yarasından açılan al qanı təkcə qələmi ilə durdura bilməzdi.

Əlbəttə, Azərbaycan xalqının başına gətirilən vəhşətlərin ilk carçılarından biri o idi, amma o hesab etdi ki, bu yetərli deyil. Qələmini qılıncı ilə əvəz etdi. Əlinə odlu silah alıb düşmənə “öz dilində” cavab verdi, bu əli sındırmağa çalışdılar, amma buna nail ola bilmədilər.

İndi o əldəki qılıncı yenə qələm əvəz edir və bu qələm 25 ildən artıqdır ki, erməni cinayətlərini və Azərbaycanın başına gətirilən müsibətlər barədə sözün həqiqi mənasında bir tarix yazır. Özü də yorulmadan, unutmağı sevən bir xalq olduğumuz üçün sərt və kəskin yazır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1026-cı qrupunun məzunu olmuş Xaqani Ədəboğlunu həm müəllimləri, həm də həmkarları çox gözəl xatırlayır və tanıyır. Mən təəssüratlarımı gənc nəsilə, onu örnək alacaq qələm sahibləri üçün qeydə alıram… Və bu qeydlər onun təvazökarlıq üzündən üstündən ötüb keçdiyi, amma bizim görməməyimizin mümkün olmadığı xüsusiyyətlərini və keyfiyyətlərini bir etalon kimi aşkara çıxarmaq istəyimdən doğur.

Özünəməsxus bir məktəbi olan Ədəboğlu Azərbaycan jurnalsitika tarixinə dəyərli bir iz salmışdır. Gələcəkdə Azərbaycan hərb jurnalistikası və onun tarixi ilə məşğul olacaq tədqiqatçılar mütləq onun ədəbi irsini daha yaxından öyrənməli olacaq. Onda görə də bu canlı tarixin yaradıcılığından daha çox bəhrələnmək, onunla eyni bir dövrdə yaşayıb canlı söhbət edə bilmək şansımız sadəcə bizim xoş nəsibimizdir. Bu şansdan nə qədər çox yararlansaq bizim üçün bir o qədər qazancdır.

Bu gün Vətənimiz uğrunda aparılan odlu, həm həm də informasiya müharibəsinin bu qocaman veteranının doğum günüdür. Həmkarlarım onun yaradıcılığı və ədəbi irsi barədə kifayət qədər yazıblar. Onun xidmətləri və gördüyü işləri sadalamağa da lüzum görmürəm, zira Xaqani müəllimin buna ehtiyacı da yoxdur, deyə düşünürəm. Amma onun ədəbi portretini cızmağa səy göstərməyim bəndəniz kimi yüzlərlə gənc jurnalistin üçün mənəvi bir borc idi.

Doğüm gününüz mübarək MÜƏLLİM. Hər iki cəbhədən qalib ayrılmağı, əsil bir TÜRK hayqırtısı ilə doğru olanı və həqiqət uğrunda mübarizəni bizə və gələcək nəsillərə aşıladığınız üçün VAR OLUN.

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: