AVMVİB-in 31 iyul 2025-ci il tarixli bəyanatı

Son günlərdə, xüsusilə 29–30 iyul tarixlərində Rusiya Federasiyasına bağlı müxtəlif kütləvi informasiya vasitələrində və ictimai rəsmi kanallarda Azərbaycana qarşı məqsədli, təxribat xarakterli və sistematik böhtan kampaniyasının aparıldığının şahidi oluruq. Sözügedən kampaniya Azərbaycan dövlətinin legitim və beynəlxalq hüquqa əsaslanan fəaliyyətlərini gözdən salmaq, ictimai rəy arasında çaşqınlıq yaratmaq və tarixi reallıqları təhrif etmək məqsədi daşıyır.
Müşahidə olunan hallarda Rusiya informasiya resursları Azərbaycanın daxili və xarici siyasətinə dair hadisələri qərəzli şəkildə işıqlandıraraq, onları «qeyri-legitim», «kriminal» və ya «təxribat» kimi təqdim etməyə çalışır. Bu cəhdlər açıq şəkildə informasiya müharibəsinin, siyasi təzyiqin və beynəlxalq hüququn prinsiplərinə zidd olan qara piar kampaniyasının nümunəsidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, bu cür əsassız iddiaları və təxribat xarakterli məlumatları qətiyyətlə pisləyir və rədd edirik.
AVMVİB-in Mətbuat xidməti