31.07.2025

AVMVİB Ucar rayonunda tədbir keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ucar rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə AVMVİB sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, Ucar rayon  şöbəsinin sədri İlham Həsənov, Ucar RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Əliyev, həmin şöbənin böyük məsləhətçisi Anar Babayev müharibə veteranları və qazilər iştirak etmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin birinci müavini Vahid Abdurəhmanov tədbir iştirakçılarını məlumatlandıraraq bildirmişdir ki, layihənin əsas məqsədi veteran problemlərinin əsas aspektləri və bu problemlərin həlli yolları ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səyilə problemləri üzə çıxarmağın yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq.

Görüşdə müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstərilib. Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

AVMVİB-in Mətbuat xidməti

DSC 9719 DSC 9677 Böyük məsləhətçi Babayev Anar Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi müdiri Əliyev Ülvi DSC 9735 DSC 9732
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: