31.07.2025

AVMVİB-in Humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsinə yeni təyinat

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin müvafiq əmri ilə AVMVİB Xətai rayon şöbəsinin sədr müavini, Vətən müharibəsi veteranı Həbiyev Əhli Həbibulla oğlu AVMVİB-in Humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.

Təyinatla əlaqədar AVMVİB sədri Füzuli Rzaquliyev təşkilatın Baş ofisində Əhli Həbiyevi qəbul etmiş, ona yeni vəzifəsində uğurlar arzulamış və müvafiq vəsiqəni təqdim etmişdir. Tədbirdə AVMVİB sədrinin Birinci müavini Vahid Abdurəhmanov, AVMVİB-in Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Niyazi Quliyev və AVMVİB sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev də iştirak etmişlər.

Görüş zamanı çıxış edən AVMVİB sədri yeni təyin olunan şöbə müdirinə bu məsuliyyətli sahədə uğurlar diləmiş, onun təşkilatçılıq bacarığına və insani keyfiyyətlərinə inandıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki, humanitar fəaliyyət istiqamətində işlərin genişləndirilməsi, şəhid ailələri və qazilərlə işin gücləndirilməsi, sosial dəstək proqramlarının təşkili və bölgələrlə koordinasiyalı fəaliyyət bundan sonra da davam etdirilməlidir.

Əhli Həbiyev öz növbəsində ona göstərilən yüksək etimada görə AVMVİB rəhbərliyinə təşəkkür etmiş, bu vəzifəni vicdanla və məsuliyyətlə yerinə yetirəcəyini, Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin maraqlarını daim diqqətdə saxlayacağını vurğulamışdır. O, eyni zamanda AVMVİB-in məqsəd və prinsiplərinə sadiq qalaraq, təşkilatın humanitar fəaliyyətində daha səmərəli nəticələr əldə etmək üçün bütün gücü ilə çalışacağını qeyd etmişdir.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilmişdir.

AVMVİB-in Mətbuat xidməti

9765

Whats-App-Image-2025-07-22-at-15-49-12-1

Whats-App-Image-2025-07-22-at-15-49-13

Whats-App-Image-2025-07-22-at-15-49-13-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: