AVMVİB sədri Müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev müqəddəs Qurban bayramı münasibətilə xalqımıza, xüsusilə də şəhid ailələrinə, qazilərimizə və müharibə veteranlarına səmimi təbriklərini çatdırıb.
Təbrikdə deyilir:
«Qurban bayramı mənəviyyatımıza, milli-mənəvi dəyərlərimizə söykənən, həmrəylik və mərhəmət rəmzi olan müqəddəs bir gündür. Bu əziz gündə şəhidlərimizin ruhunu dərin ehtiramla yad edir, onların ailələrinə və döyüş meydanlarında canı və qanı bahasına Vətənimizi qoruyan qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunmuş, şəhidlərimizin müqəddəs arzuları gerçəkləşmişdir. Bu gün Vətən torpağında bayramlarımızı suverenlik və əmin-amanlıq şəraitində qeyd etməyimiz şəhidlərimizin ruhunu sevindirir.
Uca Allah kəsilən qurbanlarınızı, dualarınızı qəbul etsin, ailələrinizə bolluq, süfrələrinizə ruzi-bərəkət, xalqımıza isə əbədi sülh və rifah nəsib etsin!”
Füzuli Rzaquliyev bütün xalqımıza Qurban bayramı münasibətilə bir daha ən xoş arzularını çatdırıb, hər evə sevinc, firavanlıq və sağlamlıq diləyib.
AVMVİB-in Mətbuat xidməti