15.05.2025

Ramiz Qəmbərov — Milli Qəhrəmanımızı rəhmətlə anırıq

Qəmbərov Ramiz Bulud oğlu (2 iyun 1962, Şuşa, DQMV – 30 aprel 1992, Şuşa, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri, Birinci Qarabağ müharibəsi şəhidi. Həyatı — Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir.

Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır.

Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından ailəsinə və yaxınlarına səbr diləyirik.

Mübariz Eldar oğlu,
AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az» qəzetinin Şirvan-Salyan regional muxbiri.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: