30.04.2025

Qarabağ separatçıları ilə bağlı suvenir avronun buraxılmasının qarşısı alınıb

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib.

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

İstiPress-in məlumatına görə, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: