13.03.2025

AVMVİB Ağstafa rayon şöbəsinə yeni sədr təyin edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə Bayramov İqrar Xəlil oğlu AVMVİB-in Ağstafa rayon şöbəsinə sədr təyin edilib.

Təyinatla bağlı təşkilatın Baş İdarəsində keçirilən görüşdə AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Niyazi Quliyev və AVMVİB Qazax rayon şöbəsinin sədri, AVMVİB sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Vaqif Sadıqov iştirak etmişlər.

Tədbir çərçivəsində İqrar Bayramova vəsiqə təqdim olunub və ona yeni vəzifəsində uğurlar arzulanıb. AVMVİB sədri Füzuli Rzaquliyev çıxış edərək təşkilatın əsas məqsəd və vəzifələrindən bəhs edib, bölgələrdə veteranların və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İqrar Bayramov göstərilən etimada görə AVMVİB rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, o, müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli və rifahının yaxşılaşdırılması üçün yorulmadan çalışacaq. O, həmçinin təşkilatın Ağstafa rayon şöbəsinin fəaliyyətinin daha da gücləndirilməsi, veteranların cəmiyyətə inteqrasiyası və gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində bir sıra yeni layihələrin həyata keçiriləcəyini vurğulayıb.

Sonda tədbir iştirakçıları yeni təyinatın uğurlu olması və təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-03-12-at-15-48-21

Whats-App-Image-2025-03-12-at-15-48-21-1

Whats-App-Image-2025-03-12-at-15-48-22

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: