AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsinə təyinat olub
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin müvafiq əmri ilə Rüstəmov Mübariz Adil oğlu AVMVİB-in Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsinə təyin olunub.
İnanırıq ki, bu təyinat Mingəçevir şəhər şöbəsinin fəaliyyətini daha da gücləndirəcək, veteranların hüquq və maraqlarının müdafiəsi, onların sosial təminatının yaxşılaşdırılması istiqamətində daha əhəmiyyətli addımlar atılacaqdır.
Rüstəmov Mübariz Adil oğlunu təbrik edir, fəaliyyətində ona uğurlar arzulayırıq.
AVMVİB-in Mətbuat xidməti