Vətənpərvər mahnıları ilə şöhrət qazanmış müğənni AVMVİB-in qonağı olmuşdur
Bu gün vətənpərvər mahnıları ilə hamımızın sevimlisi olan Nurlan Ordubadlı (Əliyev Nurlan Əli oğlu) Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin qonağı olmuşdur.
Hər zaman şəhid və qazi ailələrinin yanında olmuş, döyüş bölgələrini ziyarət edən, Şuşa şəhərində ordumuz qarşısında konsert proqramı ilə çıxış edən ilk müğənnilərimizdən olan Nurlan Ordubadlı daim dövlət tədbirlərində hərbi-vətənpərvərlik məzmunlu mahnıları ilə geniş xalq kütləsinin dərin məhəbbətini qazanmış, dəfələrlə ictimai fəaliyyəti ilə bağlı fəxri fərmanlara layiq görülmüşdür.
Təşkilatın mərkəzi ofisində baş tutan görüşdə AVMVİB-in sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB NTK-nın sədri Niyazi Quliyev, AVMVİB Çilov şöbəsinin sədri Bayram Cəfərov, AVMVİB sədrinin müşaviri «Tərəqqi» medallı vətənpərvər şairə Nəsibə İsrafilqızı iştirak etmişlər.
Görüşdə hərbi-vətənpərvərlik mövzusunda mədəni tədbirlərin genişləndirilməsi, eləcə də gənclərimizin, həmçinin hərbçilərimizin milli-mənəvi dəyərlərə bağlılığını artıran mədəni proqramların daha da genişləndirilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparılmışdır.
AVMVİB-in Mətbuat xidməti