13.11.2024

AVMVİB sədrindən Dövlət Bayrağı Günü münasibəti ilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev 9 noyabr Bayraq Günü münasibətilə xalqımızı təbrik etmişdir. Təbrikində o, Azərbaycanın üçrəngli bayrağının hər zaman müstəqilliyimizin və milli birlik simvolu olduğunu vurğulayaraq, yaxın gələcəkdə bu bayrağın tarixi torpaqlarımızda, o cümlədən Zəngəzur dəhlizində də əzəmətlə dalğalanacağına olan inamını ifadə etmişdir.

Füzuli Rzaquliyev təbrikində bildirmişdir ki, Azərbaycan bayrağının işğaldan azad edilmiş suveren torpaqlarımızda əbədi yüksəlməsi bizim üçün qürur olduğu kimi, Zəngəzurda da dalğalanması ölkəmizin gücünü və ərazi bütövlüyümüzün bərpasını dünyaya göstərəcəkdir. ‘Bu müqəddəs günə tezliklə şahid olacağıq’ deyən sədr, Azərbaycan xalqını Bayraq Günü münasibətilə təbrik edərək, şəhidlərimizin ruhunu ehtiramla yad etmiş və qazilərimizə güc-qüvvət arzulamışdır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: