Müharibə veteranı gördüyü münasibətdən dəhşətə gəlib
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bu günlərdə redaksiyaya müraciət edərək Gəncə Apelyasiya Məhkəməsində heç bir lüzum yaranmadığı halda Məhkəmə qərarlarının icraçılarından olan Ayxan Nüsrət oğlu Mənsurlunun müharibə veteranlarına qarşı nalayiq hərəkətindən heyrətə gəldiyini bildirib.
N. Həsənov qeyd edib ki, belə adamların Ədliyyə sistemində işləməsi qəbahətdir. Çünki bu adamın psixoloji durumu normal sayıla bilməz. Xahiş edirik ki, aidiyyatlı orqanlar bu məsələyə aydınlıq gətirsinlər.
Doğrudan da, hələ də bəziləri Dövlət başçımızın qərar və göstərişlərinin mahiyyətini tam dərk edə bilmirlər.
E. Səlim