15.10.2024

Əlillik təyin olunan şəxslərin sayı açıqlandı

Bu ilin yanvar-avqust ayları ərzində 32,5 min şəxsə əlillik təyin edilib.

“Veteran.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: