08.09.2024

AVMVİB QHT layihəsi çərçivəsində Ağdaş rayon veteranları ilə görüş keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bölgələrdə müharibə veteranları ilə görüşləri keçirir.

Layihə çərçivəsində Ağdaş rayon veteranları ilə Heydər Əliyev Mərkəzində geniş tərkibdə görüş keçirilib. Tədbirlə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatı məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov Veteran.az saytına bildirmişdir ki, bu layihələrin həyata keçirilməsi müharibə veteranları tərəfindən razılıqla qarşılanır: «Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB rəhbərliyi əlavə bir imkan əldə edir. Bu imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk».

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər. Tədbirdə çıxış edən AVMVİB təşkilati məsələlər üzrə sədr müavini  Vahid Abdurəhmanov layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. Qurban Osmanov layihənin icrası artıq bir çox veteranlarımızın problemlərinin həllində oynayacağı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi.

Çıxış edən AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev layihənin həyata keçirilməsinin vacibliyindən danışdı. Bildirdi ki, müharibə veteranlarının problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti var. Belə layihələrin bizim Ağdaş rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanıb. Ona görə də belə layihələrin Ağdaş rayonunda keçirilməsini alqışlayırıq. Layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verilib və qaldırılan problemlər aidiyyətləri üzrə qruplaşdırılıb. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

AVMVİB Mətbuat xidməti

dIJu7n4.md.jpg dIJuRtf.md.jpg dIJuAwG.md.jpg dIJuYMl.md.jpg dIJuaP2.md.jpg dIJulFS.md.jpg dIJu0c7.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: