Şəhid adını daşıyan sinif otağının açılışı baş tutdu
11.07.2024-cü il tarixində Yardimli şəhər 1 nömrəli tam orta məktəbdə şəhid Qarayev Amal Ədalət oğlunun adina verilmiş sinif otağının açılış mərasimi baş tutdu.
Tədbirdə şəhid ataları, rayon icra hakimiyyətinin müavini Əfsanə xanim, şəhid valideyinləri və qazilərlə iş şöbəsinin müdiri Rövşən müəllim, təhsil şöbəsinin müdiri Kamal müəllim, məktəbin direktoru Nəsimi müəllim, hərbi komissarliğın işçiləri, müəllim kollektivi və şagirdlər iştirak etmişlər.
İştirakçılar şəhidin keçdiyi həyat yolundan və qəhrəmanlığından danışmışlar. Məktəb şagirdləri şəhidlər barədə şeirlər söylədilər. Şagirdlərin milli vətənpərlik ruhunda tərbiyə edilməsində fəallıq göstərdikləri üçün Nəsib, Ədalət və Vaqif müəllimə, şəhidlərinin tədbirində fəal iştirak etdiyinə görə isə Rövşən müəllimə AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev tərəfindən fəxri fərman təqdim olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin.
AVMVİB Mətbuat xidməti