27.07.2024

Səfərzadə Rəsul Vüqar oğlu şəhidlik zirvəsinə ucaldı

Beyləqan rayon Kəbirli kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü Səfərzadə Rəsul Vüqar oğlu baş nahiyəsindən aldığı döyüş xəsarətindən yaranmış ağırlaşma nəticəsində bu gün şəhidlik zirvəsinə ucalmışdır.

Səfərzadə Rəsul Vüqar oğlu Şuşa, Laçın və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Bu gün o yaşadığı Beyləqan rayon Kəbirli kənd Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Mərasimdə Xocavənd rayon İcra Başçısı Eyvaz Hüseynov, Beyləqan rayon İcra Başçısının müavini Telman Məstanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin müvafiq rayon şöbələrinin üzvləri, rayon üzrə digər səlahiyyətli rəsmi şəxslər, rayon ağsaqqalları və şəhidin döyüş yoldaşları iştirak etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi şəhid Səfərzadə Rəsul Vüqar oğluna Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verib səbr arzulayır.

Allah rəhmət eləsin!

AVMVİB Mətbuat xidməti
Elçin Qədirov

Whats-App-Image-2024-06-10-at-13-29-30

Whats-App-Image-2024-06-10-at-13-29-32

Whats-App-Image-2024-06-10-at-12-44-45

Whats-App-Image-2024-06-10-at-12-44-46

Whats-App-Image-2024-06-10-at-12-44-46-1

Whats-App-Image-2024-06-10-at-12-44-47

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: