27.07.2024

Şəhid Həsənov Zaur Həsən oğlunun 50 illik yubileyi qeyd olunub

Bu gün 1-ci Qarabağ müharibəsi Şəhidi Həsənov Zaur Həsən oğlunun 50 illik yubileyini qeyd olundu. Tədbir 1994 cü il aprelin 20-də Murovdağ istiqamətində 20 yaşında Şəhid olan Zaur Həsənovun məzarını Sumqayıt Şəhidlər Xiyabanında ziyarət etməklə başlandı. Ziyarətdə Zəngilan rayon İcra Hakimiyyəti başçısının Zəngilan Şəhər üzrə nümayəndəsi Nizami Yusifov, müavini, dinşunas alim, Qarabağ qazisi Hacı Həsən Hüseyini, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, şöbə üzvləri, AVMVİB Cəbrayıl rayon şöbəsinin sədr müavini İlham Səfərov, Şəhid Zaurun ailə üzvləri, qohumları, döyüş yoldaşları Novruz Məmmədzadə, Yelmar Quliyev, Şəhid ailələri və rayon ictimayiyəti iştirak etmişdir.

Tədbiri Hacı Həsən açaraq ilk öncə Şəhidlərimizin ruhuna dualar oxudu. Sonra Söz İcra Hakimiyyətinin nümayuəndəsi Nizami müəllimə verildi. Nizami müəllim Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhid olan şəhidlərimizə rəhmət diləyərək, Şəhidlərimizin qanının yerdə qalmadığını,2020 ci il sentyabrda başlayan 44 günlük müharibədə Müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad olaraq Şəhidlərimizin qanı alındı. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər zaman Şəhid ailələri və müharibə iştirakçılarının yanında olduqlarını, qayğılari ilə maraqlandıqlarını bildirdi. sonra söz Şəhid Həsənov Zaurun döyüş yoldaşları Novruz Məmmədzadəyə və Yelmaqr Quliyevə verildi. onlarda Zaurun keçdiyi şərəfli döyüş yolundan danışdı. Şəhid Zaurun anası Sərfinaz ana, dayıları söz alaraq tədbirdə iştirak edənlərə təşəkkürlərini bildirərək, Zaur haqqında təsüratlarını bğlüşdülər. 44 günlük Vətən müharibəsi Şəhidi Emil Abdüləzimlinin atası Rasif bəy çıxış edərək Şəhid ailələrinin başlarını dik tutmalarını, onların övladları elə bir zirvəyə ucalıb ki, o Zirvəhə hər adamın çata bilməyəcəyini vurğuladı. Söz AVMVİB Zəngilan rayon şğbəsinin sədri Azad Musayevə verildi. Azad Musayev ilk öncə tədbirə gələnlərə təşəkkurunu bildirdi. sonra AVMVİB Zəngilan rayon şğbəsi olaraq hər zaman Şəhid ailələrinin yanında olduqlarıni, Şəhidlərimizi daima uca tutduqlarını söylədi. AVMVİB rayon şöbəsinin hazırladığı Şəhid Zaurun şəkili olan ŞƏHİD ANASI Döş nişanını və şöbənin fəxri fərmanını Şəhid anası Sərfinaz xanıma təqdim etdi. Daha sonra Şəhidin ata evində Ehsan süfrəsi arxasında tədbir davam etdi. Ruhuna Salam olsun Şəhidim. Həsənov Zaur Həsən oğlu 1974-1994 Həsənov Zaur Həsən oğlu 1974-cü il mayın 27-də Zəngilan şəhərində anadan olub. 1991-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini rayondakı144 saylı texniki peşə məktəbinin traktorçu-mexanizator şöbəsinə vermişdir. Məktəbi başa vurduqdan sonra 1992-ci il iyunun 6-da hərbi xidmətə çağırılıb. Zəngilan rayonunun Kolluqışlaq, Şayıflı, Seyidlər və Ağbis,Goranboy bölgəsində olmuş və oradan Füzuli rayonu istiqamətinə göndərilmişdir. O, Horadiz stansiyası, Babı, Şükürbəyli, Kərimbəyli, Arayatlı, Horadiz kənd, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Kəlbəcər rayonunun Murovdağ bölgəsindəki Ömər, Murov, Güzgü istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Aprelin 20-də Ömər dağı uğrunda gedən növbəti döyüşdə qəhrəmancasına şəhid olub. Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib.

AVMVİB Mətbuat xidməti
Azad Musayev,
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

7hg6f67

874345678

9h5t678

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: