27.07.2024

Şəhid Məmmədov Siyavuş Əli oğlunun nəşi torpağa tapşırıldı

30 ildən sonra tapılan və itkin sayılan Şəhid Məmmədov Siyavuş Əli oğlunun nəşi tapılaraq bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Məmmədov Siyavuş Əli oğlu 1973 cü ildə Zəngilan rayonunun Zərnəli kəndində anadan olub. 1993 cü ildə Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılmaq üçün Zəngilan rayon hərbi komissarlığın müraciət etməsinə baxmayaraq onu orduya götürmürlər. Səbəb kimi isə iki qardaşının döyüşdüyünü, onun qalıb ata anasına baxmağı tövsiyə edirlər. Siyavuş Bakıya gələrək Səbail rayon hərbi komissarlığına müraciət edir və döyüşlərə göndərilir.1994 cü ilə qədər müxtəlif bölgələrdə döyüşən Siyavuş 24 fevral 1994 cü ildə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə şəhadətə yüksəlir. Şəhid Siyavuş tanınmaz halda olduğu üçün Gəncə Şəhidlər Xiyabanında Naməlum əsgər kimi dəfn edilir. 30 ildən sonra qəbr açılır DNT analizi nəticəsində məzarın Siyavuşa aid olduğu müəyənləşir və Şəhidimizin nəşi bu gün adına layiq şəkildə Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

İlk öncə Şəhidin nəşi ata — anasının Sumqayıt şəhərində bir vaxtlar yaşadığı həyətə gətirildi. Həyətdə vida mərasimindən sonra Şəhidin nəşi Xiyabana qaldırıldı. Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, İcra Hakimiyyətinin aparat rəhbərləri, şöbə müdirləri, rayon güc strukturlarının rəisləri, rayon ictimaiyyəti, AVMVİB Zəngilan şöbəsinin idarə heyəti və üzvləri, AVMVİB Sumqayıt şəhər və AVMVİB Qubadlı rayon şöbələrinin sədrləri və üzvləri iştirak edirdi. Şəhid Siyavuşun nəşi Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayəti ilə 1 dəqiqəlik sükutla və Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra yaylım atəşləri altında torpağa tapşırıldı. Zəngilan rayon axundu Hacı Müşviq və dinşunas alin Hacı Həsən Şəhidlərimizin ruhuna dualar oxudular. Söz İcra başçısı Ramiz Həsənova verildi. Başçı Azərbaycan Ordusunun son qələbələrindən, şəhidimizin döyüş yolundan danışdıqdan sonra Şəhidin tabutunu büküldüyü üçrəngli Azərbaycan bayrağını Şəhidimizin qardaşı Əbdülə təqdim etdi.

Allah rəhmət eləsin!

AVMVİB Mətbuat xidməti
Azad Musayev
,
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

0987f5gh

34567776

4446789mj

645678

6789

76545

7g656y78

8h5678

975ghj8

b5f5678

bfd45678

bvc4567

hyg5678

j678

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: