«NƏSİLLƏRİN GÖRÜŞÜ»: Veteranlar əsgərlərlə görüşdülər
Azərbaycan Respublikası Hərbi Prokrorluğunun təşkilatçılığı ilə cəbhə bölgəsində N saylı hərbi hissədə xidmətdə olan hərbçilərlə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfərlər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır. Bu nüansı əsas götürən Azərbaycan Respublikası Hərbi Prokrorluğu əməkdaşlarının hərbi hissələrdə görüşlər keçirməsi artıq ənənə halını alıb. Bu görüşün təşkili daim, Baş prokurorun müavini, Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin diqqətindədir. Məhz onun təşəbbüsüylə, Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin üzvü olan müharibə veteranlarının hərbi hissələrdə xidmət keçən əsgər və zabitlərimizlə görüşlərdə iştirakları təmin edilib. Belə görüşlər hərbi kontingentdə böyük ruh yüksəkliyinə səbəb olmasının canlı şahidləriyik.
Döyüşçülər N saylı hərbi hissədə görüşdən Veteran.az Tv video paylaşıb. Bu istiqamətdə məktəblərdə və hərbi hissələrdə, hətta arxa cəbhədə ictimaiyyət nümayəndələri ilə görüşlərimiz «NƏSİLLƏRİN GÖRÜŞÜ» adı altında həyata keçirilir.
Çıxış edənlər — AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov, AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, həmçinin Aprel qaziləri, şəhid ataları, ordu ilə veteranların, xalqın əlaqələrinin genişləndirilməsi və torpaqlarımızın azad edilməsi barədə danışdılar.
Tanrı Ordumuzu qorusun!
E. Səlim