AVMVİB sədri Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik etdi
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Müqəddəs Ramazan Bayramı münasibəti ilə xalqımızı, o cümlədən şəhid ailələrini, Vətən müharibəsi veteranlarını, qaziləri və müharibə əlillərini təbrik edib. Təbrikdə deyilir:
«Bu mübarək ayda Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azrbaycançılıq ideyası ətrafında sıx birləşərək sarsılmaz həmərylik nümayiş etdirən qüdrətli xalqımızın, torpaqlarımızın bütövlüyünü və suverenliyini təmin etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının və Qalib Ordumuzun sayəsində Vətənimizin hər bir güşəsində, əmin-amanlıq içində Müqəddəs Ramazan Bayramını qeyd edirik. Bu bayram təntənəsi həm İslami dəyərlərimizə, həm də yüksək vətənpərvərliklə seçilən tarixi ənənəmizə və milli-mənəvi dəyərlərimizə bağlılığımızın və birliyimizin bariz nümunəsidir
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini təşkilatımız adından minnətdarlıqla yad edir, onlara rəhmət diləyirəm. Vətən müharibəsi veteranlarını, şəhid ailələrini, qaziləri və müharibə əlillərini bu mübarək bayram münasibəti ilə təbrik edirəm!
Süfrəniz xeyir-bərəkətlə dolu olsun!»
AVMVİB Mətbuat xidməti