27.07.2024

«FƏDAİLƏR Yardım Qrupu» bu dəfə Qazax və Ağstafa üzrə xeyriyyə aksiyası həyata keçirdi — VİDEO

Rusiya Federasiyasında Azərbaycanlılardan ibarət FƏDAİLƏR Yardım Qrupu növbəti xeyriyyə aksiyası çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qazax şöbəsinin koordinatorluğu çərçivəsində Qazax və Ağstafa rayonları üzrə ehtiyacı olan şəhid və qazi ailələrinə, müharibə əlillərinə 850 manat dəyərində ərzaq yardımı həyata keçirilmişdir.

Qeyd edək ki, Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupu artıq uzun illərdir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Azərbaycan Respublikası üzrə şəhər və rayon şöbələrinin vasitəsi ilə xeyriyyə aksiyalarını həyata keçirir.

Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupuna, xüsusilə bu qrupun rəhbəri, AVMVİB-in Fəxri üzvü doktor Cavid Nəzərova təşəkkürümüzü çatdırırıq.

AVMVİB Mətbuat xidməti

JXUGXG1.md.jpg JXUGWCP.md.jpg JXUGw3g.md.jpg JXUGh6F.md.jpg JXUGO8J.md.jpg JXUGeyv.md.jpg JXUGvuR.md.jpg JXUG8jp.md.jpg JXUGSZN.md.jpg JXUGgnI.md.jpg JXUGrGt.md.jpg JXUG46X.md.jpg JXUGPFn.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: